Yaxın günlərdə ilk “DOST İş Mərkəzi” fəaliyyətə başlayacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Hazırda ilk İş Mərkəzinin hazırlıq prosesini başa çatdırırıq və Mərkəzin zəruri avadanlıqla təminatı üzrə son işləri həyata keçiririk. Yaxın günlərdə “DOST İş Mərkəzi” fəaliyyətə başlayacaq”, - nazir bazar ertəsi “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forumda bildirib.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda məşğulluğun təminatına dair böyük iş aparılır.
““İşsizin DOSTU” mərkəzləri fəaliyyətə başlayan andan etibarən 2,6 minə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub. Bundan əlavə, 2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 5,8 min ailə aktivlərlə təmin olunub”, - S.Babayev qeyd edib. **
Ə.Məmmədov