Azərbaycan dövlət büdcəsinin sosial xərclərini artırmalıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə hesab edir.
“İnkişaf etmiş ölkələrdə dövlət büdcəsinin ümumi xərclərində sosial xərclərin payı 33%-i keçir. Cari il biz bu həddə çatdıq, lakin dövlət büdcəsinin sosial xərclərinin artırılması siyasətini davam etdirmək lazımdır”, - Z.Səmədzadə bu gün “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forumda bildirib. **
Ə.Məmmədov