2018-ci ildə Vergilər Nazirliyi iri topdansatış müəssisələrində dövriyyənin azaldılması ilə bağlı çoxlu sayda faktlar aşkar edib. Bunu nazir Mikayıl Cabbarov deyib.
"Ötən ilin yekunları üzrə iri topdansatış müəssisələrində dövriyyənin ümumilikdə 930 mln. manat, şəbəkə marketlərdə 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mln. manatdan artıq məbləğdə azaldılması ilə bağlı faktlar aşkar edilib", - deyə o, bu gün Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda bildirib.
M.Cabbarovun sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması 2019-cu ildə xüsusi diqqətin ayrılacağı prioritetlərdən biri olacaq.
"Bizim əsas vəzifəmiz bu cür faktların aşkarlanması və müəssisələrin vergiyə cəlb edilməsindən ibarətdir", - deyə nazir əlavə edib.*
Ə.Məmmədov