2019-cu ilin yanvar ayında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 992 mln. 641,23 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar ayında Azərbaycandan $101 mln. 387,28 min məbləğində bəyan olunmuş qazın ixracı 992 mln. 641,23 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2018-ci ilin yanvar ayında Azərbaycandan $22 mln. 727,85 min məbləğində bəyan olunmuş qazın ixracı 144 mln. 716,36 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı say ifadəsində 6,8 dəfə, pul ifadəsində 4,5 dəfə artıb.
2018-ci ildə Azərbaycandan $1 mlrd. 499 mln. 385,84 min məbləğində bəyan olunmuş qazın ixracı 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib. **
N.Abbasova