Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bazar ertəsi Bakıda səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Görüşdə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin (fevralın 20-də - İF) önəmi vurğulandı, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu”, - dövlət başçısının saytındakı məlumatda deyilir.
İ.Əliyev E.Nikolsonun Bakı ilə London arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi. **
R.Babayev