2019-cu ilin yanvar ayında Azərbaycana 2,512 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 2,267 min ədəd avtomobil (artım 5,5 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar ayında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 215 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,9 dəfə) və 12 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 12 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 18 ədəd (artım 4,5 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.*
B.Rüstəmbəyov