Azərbaycan 2019-cu ilin yanvar ayında 248 mln. 475,18 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvarda Azərbaycandan $11 mln. 116,31 min dəyərində 248 mln. 475,18 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - Komitədən bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar ayında Azərbaycan $2 mln. 566,47 min dəyərində 60 mln. 611,09 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2019-cu ilin yanvar ayında respublikadan elektrik enerjisinin ixrac həcmi say ifadəsində 4,1 dəfə, dəyər ifadəsində 4,3 dəfə artıb.
Bildirildiyi kimi, 2018-ci ildə Azərbaycandan $65 mln. 627,72 min dəyərində 1 mlrd. 397 mln. 323,76 min kVt/saat elektrik enerjisi ixrac olunub Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.**
N.Abbasova