2019-cu ilin yanvar ayında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $169 mln. 486,08 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ayında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,36%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $48 mln. 842,02 min dəyərində məhsul ixrac edib (artım 28,1%). Bütövlükdə, 2019-cu ilin yanvar ayında Azərbaycandan ixracın 3,82%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar ayında Rusiyadan Azərbaycana idxalın həcmi $120 mln. 644,06 min (azalma 4,1%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 11,8% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar ayında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $71 mln. 802,04 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. 2018-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
B.Rüstəmbəyov