Azərbaycanın qida məhsulları Şanxayda keçiriləcək “Sial China 2019” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sərgidə 30 Azərbaycan şirkəti «Made in Azerbaijan» vahid stendi ilə təmsil olunacaq. Bu şirkətlər qida məhsulları və spirtli içki istehsalı sahəsində fəaliyyət göstərir”, - deyə məlumatda bildirilir.
Sərgi 14-16 may tarixlərində keçiriləcək.
Sərgidə iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Sənədlər 12 mart 2019-cu il tarixinədək təqdim olunmalıdır.
Seçim meyarları bunlardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması.*
B.Rüstəmbəyov