2019-cu ildə Azərbaycanda məcburi köçkünlər üçün 2 min mənzildən ibarət yeni şəhərçiklər salınacaq. Bunu prezident İlham Əliyev deyib.
“Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq”, - İ.Əliyev Sumqayıtda dənizkənarı bulvarda sakinlərdə görüş zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi.
“Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik”, - İ.Əliyev vurğulayıb.
Prezidentin qeyd etdiyi kimi, köçkünlər yeni evlərə köçəndən sonra onların indi qaldıqları yataqxanalar təmir olunacaq. “Təmirdən sonra yataqxanalar tələbələrə veriləcək”, - dövlət başçısı deyib. **
R.Babayev