Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus dayanacaq pavilyonlarının təmiri məqsədilə materiallar və hissələrin tədarükçücüsünü seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı – 1 min manatdır.
Tender üzrə tədarükçü şirkətlərdən təkliflərin qəbulu aprelin 10-u başa çatır. Tender proseduru aprelin 11-də baş tutacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov