2018-c ildə Azərbaycana 286,7 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 60% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ildə ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $89 mln. 83 min (artım 1,6 dəfə) təşkil edib.
Bundan başqa, ötən il Azərbaycana $9,799 mln. dəyərində (artım 40,7%) 41,532 min ton (artım 36,2%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $53 mln. 324,8 min dəyərində (artım 24,5%) 40,819 min ton (artım 13,6%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $209 mln. 637 min dəyərində 272,4 min ton (azalma 11,4%) metalyayma məhsulu, $92 mln. 9,6 min dəyərində 157,7 min ton (artım 45,9%) qara metaldan hazırlanan çubuqlar, $31 mln. 525,2 min dəyərində 37,102 min ton (artım 7%) qara metaldan hazırlanan günyə, $462 mln. 904,6 min dəyərində 219,1 min ton (artım 1,6 dəfə) qara metaldan hazırlanan boru idxal edilib.**
B.Rüstəmbəyov