2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 3,8 mlrd. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar ayında Azərbaycanda orta illik inflyasiya 1,7% təşkil edib.
Statistik məlumatlara görə, cari ilin birinci ayı ərzində əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,3% - 385,2 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 3 mlrd. 475,4 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 6,4% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.*
B.Rüstəmbəyov