2019-cu ilin yanvar ayında Azərbaycan 40,246 min ton dəyərində bəyan olunmuş neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar ayında $19,967 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 40,246 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar ayında ölkədən $15,867 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 28,261 min ton təşkil edib. Beləliklə, cari ilin yanvar ayında ixrac həcmi miqdar ifadəsində 42,4%, dəyər ifadəsində 25,8% artıb.
2018-ci ildə Azərbaycandan $520,6 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 1 mln. 15,118 min ton təşkil edib.*
N.Abbasova