“Azərbaycan İnvestisiya Şirkəti” ASC əməkdaşlarının könüllü tibbi sığortası üçün sığortaçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-dən məlumat verilib.
«AİŞ kotirovka sorğusu üsulu ilə əməkdaşlarının könüllü tibbi sığortası üçün sığortaçı seçir», - şirkətdən məlumat verilir.
Sığorta şirkətlərindən təkliflər fevralın 21-də saat 17:00-dək qəbul olunur.
Xəbər verildiyi kimi, AİŞ-in 40 əməkdaşı KTS sistemi ilə əhatə olunmalıdır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. **
Ə.Məmmədov