“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC cəmiyyətin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün şirkət seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim açıq tender metodu ilə keçirilir.
Şirkətlər təkliflərini 26 fevral 2019-cu il tarixinədək təqdim edə bilər. Təklif zərfləri fevralın 27-də açılacaq.
Telefon: (012) 488-80-65.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.*
Ə.Məmmədov