2019-cu ilin yanvar ayında Azərbaycana $18 mln. 465,35 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvrada Azərbaycana $18 mln. 465,35 min məbləğində 955,27 ton həcmində əczaçılıq məhsulları idxal olunub”, - Komitədən qeyd ediblər.
«2018-ci ildə respublikaya $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton əczaçılıq məhsulu idxal edilib», - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar ayında Azərbaycana $13 mln. 61,12 min dəyərində 844,89 ton həcmində əczaçılıq məhsulu idxal olunub.
Beləliklə, bu ilin yanvar ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı say ifadəsində 13,1%, dəyər ifadəsində 41,4% artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulu idxal olunub. ** N.Abbasova