2019-cu ilin yanvar ayında Azərbaycanda 313,1 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında 301,6 mln. manat məbləğində heyvandarlıq, 11,5 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 1,2%, bitkiçilik məhsullarının istehsal həcmi 43,6% artıb.
2019-cu ildə yığım üçün Azərbaycanda 668,5 min hektar taxıl, 331,2 min hektar arpa və 0,2 min hektar çovdar əkilib Bundan başqa, yanvar ayında respublikada 40,7 min ton ət (artım 3,4%), 152,5 min ton süd (artım 0,9%), 144,2 mln. ədəd yumurta (azalma 14,5%) istehsal edilib.
2019-cu ilin yanvar ayında istixana təsərrüfatlarından 15,6 min ton tərəvəz yığılıb.
2018-ci ildə Azərbaycanda ASK məhsullarının istehsal həcmi 4,6% artıb. **
Ə.Məmmədov