“Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı” İstehsalat Birliyi (İB) şəhər ərazisində abadlıq işlərinə 3,5 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında yerləşdirilən materiallara əsasən «Gəncə Körpü Tikinti-2» ASC ilə ümumi dəyəri 3 mln. 508,2 min manat olan 2 müqavilə imzalanıb.
Birinci müqavilədə şəhərin küçə, prospekt və yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 2 mln. 516,7 min manatdır.
İkinci müqavilə şəhər ərazisində abadlıq və quruculuq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 991,5 min manatdır.*
B.Rüstəmbəyov