Bakı və Vyana iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdir. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
Çərşənbə axşamı Ş.Mustafayev Bakıda Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matten ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüşdə nazir qeyd edib ki, 2018-ci ildə Azərbaycan ilə Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Onun sözlərinə görə, hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur”, - məlumatda deyilir.
Onun sözlərinə görə, Azərbaycan həmçinin əlverişli coğrafi mövqeyə malikdir, bu da ölkəninn nəqliyyat-tranzit imkanlarının gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında fəal iştirak üçün şərait yaradır. **
N.Abbasova