İqtisadiyyat naziri Şahin Mustafayev Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayevlə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“Görüş çərçivəsində tərəflər iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Həmçinin, tərəflər Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrın uğurla inkişaf etdiyini, yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıblar. **
Ə.Məmmədov