Fiziki şəxs Hikmət İsmayılov 99,6406% payla “AFB Bank”ın əsas səhmdarı oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
“H.İsmayılov 70 mln. 140,455 min manat dəyərində 55,447 min ədəd səhmi "Gilan" MMC-dən alaraq 99,6406% payla “AFB Bank”ın əsas səhmdarı oldu», - deyə məlumatda bildirilir.
Alqı-satqı bu il fevralın 7-də baş tutub.
"AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 15 aparıcı bankından biridir. 31 dekabr 2018-ci il tarixinə bankın aktivləri 417,53 mln. manat, öhdəlikləri 329,942 mln. manat məbləğində qiymətləndirilir. 2018-ci ilin yekunları üzrə “AFB Bank”ın xalis mənfəəti 21 mln. 653,97 min manat məbləğində olub.*
A.Əzizov