2019-cu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,6% - 216,8 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ilin yanvar ayında birbaşa qovulan benzin istehsalı 59,6% - 25,7 min tonadək, kerosin istehsalı 1% - 49 min tonadək, soba mazutu istehsalı 29,3% - 5,3 min tonadək, sürtkü yağı istehsalı 11,8% - 1,9 min tonadək artıb.
Bu dövrdə neft koksu istehsalı 2018-ci ilin səviyyəsində qalıb - 21,1 min ton təşkil edib.
Ötən ay avtomobil benzini istehsalı 3,1% - 105,7 min tonadək, dizel yanacağı istehsalı 0,4% - 167,1 min tonadək, neft bitumu istehsalı 77,3% - 5,8 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova