Beynəlxalq inspeksiya qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.
““Avropada Adi Silahlı Qüvvələr haqqında” Müqavilə, “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Danimarka Krallığının rəhbərlik etdiyi inspeksiya qrupu 9 nəfərdən, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya və Çexiya nümayəndələrindən ibarətdir.*
F.İsazadə