2018-ci ildə Azərbaycana $407 mln. 634,8 min dəyərində yük avtomobilləri idxal olunub ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ildə respublikaya 26,147 min ədəd yük avtomobili (artım 2,7 dəfə) idxal olunub”, - hökumətdən bildirilir.
Ötən il ərzində Azərbaycana $33 mln. 241,6 min məbləğində (artım 2 dəfə) 2,3 min ədəd (artım 1,9 dəfə) yük avtomobili idxal olunub.
Bundan başqa, ötən il ölkəyə $15 mln. 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub.
Azərbaycan 2018-ci ildə ölkəyə idxal olunan avtomobillərin ümumi dəyərini ilk dəfə açıqlayır. **
B.Rüstəmbəyov