2019-cu ilin yanvar ayında Azərbaycanda gümüş hasilatı 627,5 kq təşkil edib, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 6,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Eyni zamanda, DSK yanvarda gümüş hasilatının bu artımının səbəbini dəqiqləşdirmir.
1 yanvar 2019-cu il tarixinə hasil olunan gümüşün istehsalçı şirkətərin anbarlarındakı ehtiyat həcmi 406,2 kq təşkil edir.
2018-ci ildə Azərbaycanda gümüş hasilatı 2 min 671,1 kq təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.
Hökumətin proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda gümüş hasilatı 2,1 ton səviyyəsində gözlənilir.
Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə, Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə Imzalayıb.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC hasilat işləri ilə məşğul olur. **
Ə.Məmmədov