Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP ilə Azərbaycan Türkiyəyə 1 mlrd. kubmetrdən çox qaz nəql edib. Dövlət başçısının saytının məlumatına görə, bunu prezident İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşdə bildirib.
“İndiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə (TANAP -İF) Türkiyəyə çatdırılıb”, - deyə İ.Əliyev Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edib.
STAR neft emalı zavodunun fəaliyyətə başlamasının (2018-ci ilin noyabr ayında - İF) önəmini vurğulayan prezident bildirdi ki, “bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir”.
“Prezident İ.Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söylədi”, - məlumatda qeyd olunur. **
R.Babayev