O məlumat verib ki, Aİ TAP qaz kəmərinin inşasına nikbin baxır və bu prosesin 2019-2020-ci illərdə başa çatacağını gözləyir.
“Kömürdən imtina planlarını nəzərə alaraq, yaxın onilliklər ərzində təbii qaza tələbat artacaq. Hazırda Niderlandın qaz ehtiyatları iri həmcdə istifadə olunur, lakin azalır. Və Avropa daha çox qaz idxal etməli olacaq. Lakin, marşrutların və qaz mənbələrinin şaxələndirilməsi böyük önəm kəsb edir. Məhz Xəzər regionu yeni marşrut və yeni qaz mənbəyidir”, - G.Ottinger bildirib.
Avropa İttifaqı gələcək 10 il ərzində Xəzər regionundan Avropaya qaz nəqlinin 20-25 mlrd. kubmetrədək artımına ümid edir. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger bəyan edib.
“Ümumi hədəfimiz gələcək 10 il ərzində Xəzər regionundan (Cənub Qaz Dəhlizi ilə - İF) qaz həcmini ən azı 2 dəfə - illik 20 mlrd. kubmetr, hətta 25 mlrd. kubmetrədək artırmaqdır”, - G.Ottinger bu gün Bakıda mətbuat konfransında bildirib.**
N.Abbasova