Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 mln. manat ayırmağı tapşırıb. Prezidentin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Vəsait "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndən ayrılacaq. **
B.Rüstəmbəyov