Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) Azərbaycanın iştirakı ilə regional nəqliyyat layihələrin maliyyələşdirilməsində maraqlıdır. Bunu Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak deyib.
Azərbaycan prezidentinin saytının məlumatına görə, prezident İlham Əliyev fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı çərçivəsində Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakı qəbul edib.
“V.Hudak bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd etdi. O bildirib ki, Avropa İnvestisiya Bankı Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və digər layihələrin maliyyələşdirilməsində maraqlıdır”, - məlumatda deyilir.
Öz növbəsində, İ.Əliyev vurğulayıb ki, CQD-nin reallaşdırılmasına kreditlərin ayrılması Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirir.
Öncə EIB Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP və TANAP qaz kəmərlərinin tikinti layihələrinə kreditlər ayırıb. Xüsusilə, 2018-ci ilin fevral ayında EIB TAP qaz kəmərinin tikintisinə 1,5 mlrd. avro, ötən ilin mart ayında TANAP-ın tikintisinin maliyyələşdirilməsinə 932 mln. avronun ayrılmasını təsdiq edib. **
N.Abbasova