2018-ci ildə Vergilər Nazirliyi tərəfindən 15,612 min əməliyyat nəzarət tədbirləri həyata keçirilib, bu da 2017-ci ilin göstəricisindən 6,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildiriblər.
“Ötən il nazirlik tərəfindən 15,612 min əməliyyat nəzarət tədbirləri həyata keçirilib. Nəticədə, 20 mln. 787,9 min manat məbləğində maliyyə sanksiyaları tətbiq olunub. 2017-ci illə müqayisədə tədbirlərin sayı 6,4%, maliyyə sanksiyaların həcmi 8,3% azalıb”, nazirlikdən qeyd ediblər.
Ötən il nazirlik tərəfindən həmçinin vergi ödəyicilərin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə 1,615 min müşahidə aparılıb. “Nəticədə, bir vergi ödəyicisinin orta gündəlik dövriyyəsi 130% - 769 manatdan 1,767 min manatadək artıb”, - nazirlikdən vurğulanıb. **
Ə.Məmmədov