Azərbaycan və Türkiyə müqavilə-hüquqi bazanı genişləndirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
İki ölkə arasında müqavilə-hüquqi baza 230-a yaxın sazişi əhatə edir.
«Hazırda ikitərəfli əməkdaşlığa dair daha 30-a yaxın sənədin imzalanması ilə bağlı iş aparılır», - deyə məlumatda bildirilir.
Parlamentdən qeyd ediblər ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artır. 2017-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi $2,6 mlrd. təşkil edib, 2018-ci ildə isə $3,4 mlrd.-ı ötüb.*
F.İsazadə