2019-cu ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 145,5 mln. nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 236,1 min nəfər (artım 10,1%), dəniz nəqliyyatı ilə 1,2 min nəfər (artım 71,4%), hava nəqliyyatı ilə 163,2 min nəfər (azalma 3,8%), metro vasitəsi ilə 18,6 mln. nəfər (azalma 0,2%) daşınıb.
Bu ilin yanvar ayında avtomobil nəqliyyatı vasitələri ilə 126,5 mln. sərnişin (artım 1,4%), avtobuslarla 121,93 mln. sərnişin (artım 1,4%), taksilərlə 4 mln. 567,4 min sərnişin (artım 2,3%) daşınıb.*
B.Rüstəmbəyov