Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreyanın Bakıdakı yeni səfiri Kim Tonq Opu qəbul edib. Bu barədə nazilrikdən məlumat verilir.
“Z.Həsənov və K.Op Azərbaycanla Koreya arasında hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıblar”, - məlumatda deyilir.
O cümlədən, həmsöhbətlər əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar. **
F.İsazadə