Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan və ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda görüşdə Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, N.Paşinyan Azərbaycan prezidenti İlham Əliyev ilə yanvarda Davosda keçirilən qeyri-rəsmi görüş barədə söz açıb.
“Tərəflər münaqişənin nizamlanması prosesinə uyğun mühitin formalaşdırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar, gələcək addımları qeyd ediblər. Atəşkəs rejiminin qorunmasına dair razılığa riayət olunmanın vacibliyi qeyd edilib”, - mətbuat xidmətindən bildiriblər. **