Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstanda keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Xəzərin hüquqi statusuna dair Konvesniyanın müddəalarının reallaşdırılması üzrə xüsusi İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprel ayında Qazaxıstanda keçiriləcək”, - Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 1-ci iclasının kommünikesinin mətnində qeyd edilir.
19-20 fevral tarixində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun birinci iclası keçirilib.
İclasda 12 avqust 2018-ci il Aktauda imzalanan Xəzərin hüquqi statusuna dair Konvesniyanın müddəalarının reallaşdırılması ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub. **
B.Rüstəmbəyov