2018-ci ildə Vergilər Nazirliyi dövlət büdcəsinə 7 mlrd. 415 mln. 462,9 min manat məbləğində daxilolmaları təmin edib, bunun 74,6%-i özəl sektor, 25,4%-i – dövlət sektorunun payına düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Ötən il dövlət büdcəsinə vergi daxiololmalarının 67,1%-i qeyri-neft sektoru, 32,9%-i neft sektorunun payına düşüb”, - nazirlikdən qeyd ediblər.
Dövlət büdcəsinə vergi daxilolmalarının əksər hissəsi mənfəət vergisi hesabına təmin olunub, yığımların 33,7%-i onun payına düşüb. Vergi daxilolmalarının ümumi həcmində ƏDV-nin payı 26,3%, fiziki şəxslərdən gəlirə verginin payı 13,4%, əməlak vergisinin payı 2,5%, sadələşdirilmiş verginin payı 6% təşkil edib. Digər vergi daxilolmaları 5,2% təşkil edib.
Sənaye sektoru vergi daxilolmalarının 49%-ni, tikinti sektoru 12%-ni, xidmətlər sahəsi 11,8%-ni, ticarət sahəsi 8,6%-ni təmin edib. Vegi daxilolmalarının 18,6%-i digər sektorların payına düşüb. **
Ə.Məmmədov