Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu və ABŞ-dan olan həmsədr Endrü Şoferi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.*
R.Babayev