Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Luis Kardenas (Luis Antonio Dimate Cardenas) rəsmi Bakının aqremanını alıb.
“Rəsmi Bakı cari ilin yanvar ayında səfir L.Kardenasa aqreman verib. Mart ayında diplomat Azərbaycana gələcək”, - “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə bildirib.
L.Kardenasın təyinatından öncə Bakıdakı diplomatik missiyaya Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Penya rəhbərlik edib. **
F.İsazadə