Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi festivalın rəsmi talismanlarını təqdim edib.
“Cırtdan və Bəbir 2019-cu ilin iyul ayında Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları olub”, - deyə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Talismanlar XV Yay Avropa Gənclər Olimpiya Festivalına 150 gün qaldığı zaman təqdim edilir.
XV Yay Avropa Gənclər Olimpiya Festivalı 20-28 iyul 2019-cu il tarixlərində keçiriləcək. 50 Avropa ölkəsindən 3,6 mindən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılacaq. On idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara 2,5 mindən çox könüllü cəlb olunacaq.*
R.Babayev