Bakı Gəmiqayırma Zavodu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə iki yeni tanker inşa edəcək.
ASCO və Bakı Gəmiqayırma Zavodu cümə axşamı iki tankerin tikintisinə dair müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinin mübiri məlumat verir.
Sənəd ASCO-nun sədri Rauf Vəliyev və zavodun icraçı direktoru İmamverdi Həsənov imzalayıblar.
İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə məlumat verib ki, tankerlər 2021-ci ildə hazır oalcaq.
R.Vəliyev jurnalistlərə bildirib ki, müqavilə qiymətləndirilir. Tankerlərin tikintisi üçün vəsaitin bir hissəsi Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Yeni tankerlər bu gün suya salınan “Laçın” tankeri ilə eyni xüsisiyyətlərə mailk olacaq: uzunluğu 141 metr, eni 16,9 metr, tonnajı 7,884 min ton təşkil edəcək. Bu tankerin unikallığı ondan ibarətdir ki, eyni zamanda neft və neft məhsulları daşıya bilir.
Tankerin layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb.
Xəbər verildiyi kimi, “Laçın” tankeri 2019-cu ilin iyun ayında istifadəyə veriləcək. Bu, Azərbaycanda istehsal olunan ilk tankerdir. 2020-ci ildə ASCO üçün daha bir analoji tanker tədarük olunacaq. **
B.Rüstəmbəyov