"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına 5 tanker və gəmi əlavə olunacaq. Bunu cəmiyyətin sədri Rauf Vəliyev deyib.
“Gəmiçiliyin donanmasının yenilənməsi prosesi bu il də davam edəcək. 2019-cu ildə 5 tanker və gəmi alınacaq. Onlardan ikisi Bakı Gəmiqayırma Zavodunda inşa olunur, daha üçü xaricdən alınacaq”, - R.Vəliyev bildirib.
Onun sözlərinə görə, son 5 il ərzində gəmiçilik tərəfindən 20 gəmi alınıb.
Öncə R.Vəliyev əumat verib ki, ASCO 2025-ci ilədək nəqliyyat donanmasına daha 50 gəmi əlavə Etməyi planlaşdırır. (2018-ci ilin sonuna gəmiçiliyin nəqliyyat donanması 51 gəmi - tankerlər, quru yük gəmiləri, bərələrdən ibarət olub). **
B.Rüstəmbəyov