2018-ci ildə Dağıstandan Azərbaycana diri qoyun və keçi idxalı 2 dəfə - $1,2 mln.-dək azalıb. Bu barədə «Eksportyorı Rossii» informasiya portalı məlumat verib.
«2018-ci ildə Gürcüstan və Azərbaycan Dağıstandan müvafiq olaraq $7,6 mln. və $1,2 mln. dəyərində qoyun və keçi idxal edib. 2017-2018-ci illərdə Gürcüstana tədarükün həcmi 36 dəfə artsa da, Azərbaycana 2 dəfə azalıb», - deyə portal qeyd edir.*
F.İsazadə