Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 2,3 mln. manat aylrmağı tapşırıb.
Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolu doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
R.Babayev