2019-cu ilin yanvar ayında Azərbaycanda minik avtomobillərinin istehsalı 89 ədəd təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ilin yanvar ayında avtomobillərin istehsalı həyata keçirilməyib.
Eyni zamanda, cari ilin yanvar ayında Azərbaycanda müəxtəlif təyinatlı traktorların istehsalı 2,8 dəfə - 188 ədədə qədər artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 32,4 dəfə - 969 ədədə qədər artıb. Minik avtomobillərinin istehsalının kəskin artımı Neftçalada yeni “Azərmaş” avtomobil zavodunun istifadəyə verilməsi ilə izah edilir. «Azərmaş” avtomobil zavodunun rəsmi açılışı 2018-ci ilin matrt ayının sonunda baş tutub. Zavodun təsisçiləri Iran Khodro (İran) və AzEuroCar (Azərbaycan) şirkətləridir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayələr $15 mln. təşkil edib.
"Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat təşkil edir. **
B.Rüstəmbəyov