Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən bu gün Qarabağ münaqişəsi zonasında Ermənistana məxsus taktiki PUA məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində Ermənistan tərəfinin kəşfiyyat fəaliyyətini təxribat adlandırıb.*
F.İsazadə