Prezident İlham Əliyev dövlət büdcəsindən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsinə, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Müvafiq sərəncam fevralın 21-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə