Cümə axşamı Sumqayıtda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 20-ə yaxın xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.
“Hazırda qəzada xəsarət alan 19 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasındadır. Onlardan 6 nəfər reanimasiya, 9 nəfər travmatollogiya şöbələrinə yerləşdirilib, qalanı neyrocırrahiyyə şöbəsində müalicə alır”, - o bildirib.
P.Əbubəkirovun sözlərinə görə, yaralıların vəziyyəti həm orta, həm də yüngül ağır kimi qiymətləndirilir.
“Yol qəzasında ümumlikdə 31 nəfər yaralanıb, çoxları yüngül zədə alıb”, - nazirlikdən qeyd ediblər.
Cümə axşamı Sumqayıtda 30 nömrəli marşrut avtobusu minik avtomobili ilə toqquşaraq daha sonra yaxınlıqdakı binaya çırpılıb. **
R.Babayev