"AzInTelecom" MMC şəbəkə təhlükəsizliyinin mərkəzi idarəetmə proqram təminatına texniki dəstək, trafikin təhlükəsizliyinə nəzarət və təhlil xidmətlərini göstərəcək şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Tender təklifləri 29 mart saat 17:00-dək təqdim edilməlidir. Tender proseduru aprelin 1-də baş tutacaq.
Telefon: (+9412) 200-00-74/72. Əlaqələndirici şəxs: Kamil Bektaşi.
“AzInTelecom” MMC-nin operatoru olduğu Data Center 2016-cı ilin dekabr ayında açılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.*
N.Abbasova