Bu il Bakıda 4 DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin yaradılması nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İlk DOST mərkəzi mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılacaq. Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da DOST mərkəzlərinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 124 adda sosial xidmət göstəriləcək.*
R.Babayev